Duanı yazılmış kağızı cibdə və ya pulqabında gəzdirmək olarmı?

    15.12.2015
Kimdən: 
receb
Sual: 
Salam.men ayetul kursunu ve bir nece duani koselekumun icine qoymusam.amma pul qabini men salvarin arxa cibine qoyuram,qabaqda pis gorsenir.bunu her hansi bir ziyani var mi?
Cavab: 
Və aleykum Salam. "Ayətul-Kursi"ni, hər hansı surəni, ayəni və ya duanı öyrənərək demək lazımdır. Uca Allah buyurur: ​"Rəbbiniz buyurdu: “Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim!" (Ğafir, 60).  Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) səhabələrinə (Allah onlardan razı olsun) Quran ayələrini, zikr və duaları öyrətmiş, lakin onları yazıb üzərində gəzdirməyi buyurmamışdır. Baş ağrı dərmanını atmayıb cibdə saxlamağın baş ağrısına qarşı faydasız olması kimi, belə şeylərin də pul qabında və ya cibdə saxlanmasının heç bir faydası yoxdur. Əksinə, siz belə etməklə dində əsası olmayan bir şeyi etmiş olursunuz. Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) dediyi və etdiyi şeylər dindən sayılır, demədiyi və etmədiyi şeylər isə dindən sayılmır.
Teqlər: 
Paylaş: