Müşriklərin həddi-buluğa çatmamış ölən uşaqları birbaşa Cənnətə girəcəkmi?

    12.01.2016
Kimdən: 
Abdullah
Sual: 
Salam aleykum. Sualim odur ki, eger mushriklerin heddi buluga chatmadan dunyasini deyishen ovladlari Qiyamet gunu imtahan olunacaqsa, bes muselmanlarin heddi buluga chatmadan vefat eden ushaqlari niye sorgu-sualsiz birbasha cennede dushecek? Axi netice etibari ile her ikiside heddi buluga chatmayan gunahsiz bendelerdir? Amma qiyamet gunu bu mesele bir az ferqli olacaq. Niye gore???
Cavab: 
Və aleykum Salam. Qeyri-müsəlmanların uşaqlarının aqibəti barəsində ixtilaf olsa da, belə bir rəy də var ki, bu uşaqlar da müsəlmanların uşaqları kimi Cənnətlikdirlər, çünki Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) Meraca getdikdə İbrahimi (Allahın ona salamı olsun) və onun yanında müsəlman və müşriklərin həddi-buluğa çatmadan ölmüş uşaqlarını görmüşdür. (əl-Buxari, 7047). Daha səhih rəyə görə isə qeyri-müsəlmanların uşaqları Qiyamət günü yenidən imtahan olunacaqlar. Doğrusunu Allah bilir.
Teqlər: 
Paylaş: