Nə edim ki, əvvəlki kimi çoxlu ruzim olsun?

    06.01.2016
Sual: 
Salam.Mənim hal hazırda ruzum yoxdur-əvvələr çox yaxşı ruzum varidi.Mən nə edim ki ruzum olsun?
Cavab: 
Və aleykum Salam. "Ruzim yoxdur" demək düzgün deyil. Uca Allah yaratdığı hər bir məxluqun ruzisini verir. Sadəcə bəzi hallarda insanlar ruzinin azalması ilə imtahana çəkilirlər. Uca Allah buyurur: "Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver. O kəslər ki, onlara bir müsibət üz verdikdə: "Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!"– deyirlər. Onlara öz Rəbbi tərəfindən təriflər və mərhəmət vardır. Məhz onlar doğru yolda olanlardır" (əl-Bəqərə, 155-157). Həmçinin, oxuyun: Ruzinin artması üçün nələr etməliyik?
Teqlər: 
Paylaş: