Namaz qılma qaydası videosundakı dua səhifədəki mətndə olandan fərqlənir

    24.01.2016
Kimdən: 
Əli
Sual: 
Salam aleykum. Video ya baxdım(namaz qılmaq) və aşağıdaki teksti oxudum. Videoda deyilirki, Allahumma inni əuzubikə min əzəbil qəbr. Amma teksdə o 2-ci gəlir. Və videoda deyir "və min şəri fitnətil məsihid dəccəl". Amma siz yazmısız"və min fitnətil məsihid dəccəl" . Istiyirəm doğru düzgün qılım namazı ona görə soruşdum.Allah razı olsun
Cavab: 

Və aleykum Salam. Həm mətndəki kimi, həm də videodakı kimi dua edə bilərsiniz. Bunların hər ikisi düzdür. Bəzi kəlmələrin yerini dəyişərək belə də demək olar: "Allahummə inni əuzu bikə min azəbil-qabri və min-azəbi Cəhənnəm və min fitnətil məhyə vəl-məməti və min şərri fitnətil məsihid-dəccəl" (Tərcüməsi: Allahım! Qəbr əzabından, Cəhənnəm əzabından, həyatın və ölümün fitnəsindən, dəccal məsihin fitnəsinin şərindən Sənə pənah aparıram!) və ya “Allahummə inni əuzu bikə min əzəbi cəhənnəm və min əzəbil-qabri və min fitnətil-məhyə vəlməməti və min şərri fitnətil-məsihid-dəccəl” (Tərcüməsi: Allahım! Cəhənnəm əzabından, qəbr əzabından, həyatın və ölümün fitnəsindən, dəccal məsihin fitnəsinin şərindən Sənə pənah aparıram!").

Teqlər: 
Paylaş: