İtlə oynadıqda qüsl almaq vacibdirmi?

    16.12.2015
Sual: 
Salam eleykum. Menim iki balaca itim var. Men onlarla vaxt kecirmeyi cox xoslayiram amma namaz qiliram. Deyilene gore itle oynadiqdan sonra mutleq qusul gerekir. Sizin bu fikre munasibeyiniz necedir? Bu basdan cavabiniza gore tesekkurler.
Cavab: 
Və aleykum Salam. İtlə oynadıqda qüsl vacib deyil. Sadəcə itin ağzı murdar sayıldığına görə itin ağzının dəydiyi yerlər su ilə yuyulmalıdır. Qablara dəydikdə isə birincisi torpaq olmaqla yeddi dəfə su ilə yuyulmalıdır. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Biriniz, it yalayan qabını təmizləmək istədikdə, onu birincisi torpaq olmaqla, qalanları isə su ilə yeddi dəfə yusun!" (Muslim, 279). Ona görə itlə oynadığınız paltarı dəyişib başqa paltarla namaz qılmanız lazımdır, çünki istər-istəməz itin ağzı paltara dəyir. Bu paltarı isə yumaq lazımdır. Ağız suyuna dəymədən itə toxunduqda isə əli sadəcə yumaq kifayətdir və torpaqla yumağa ehtiyac yoxdur. Dəstəmazlı halda olduqda it sizə sürtünsə və ya siz onu söğallasanız dəstəmazınız pozulmur. Əlləri yumaq kifayət edir. Həmçinin, oxuyun:
Qüsl necə alınır və onu pozan amillər hansılardır?
Dəstəmazı pozan amillər
Teqlər: 
Paylaş: