Dırnaq qoyduran necə dəstəmaz alsın?

    31.01.2016
Kimdən: 
ferqane
Sual: 
asalamu alekum .. men toya gedecem deye dirnaq qoydurmaq isteyirem onu cixartmaq 1 hefte surecek destemaz nece alim men??
Cavab: 

Və aleykum Salam. Qadınlara dırnaq qoydurmaq icazəli deyil. Çünki bu əməl Allahın yaratdığını dəyişmək sayılır, habelə dəstəmaz aldıqda dırnaq qoyulan yerə su çatmır və dəstəmaz sayılmır. Xalid ibn Sədan (Allah ondan razı olsun) deyir: "Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bir nəfərin namaz qıldığını gördü. Onun ayağının üst hissəsində dirhəm böyüklüyündə yerə su dəyməmişdi. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ona, dəstəmazı və namazı yenidən etməyi əmr elədi". (Əbu Davud, 173).
Dəstəmaz olmadığına görə qılınan namaz da batil olur. Əgər xəstəlik və digər zəruri hallara görə dəstəmaz almaq mümkün deyilsə, namazları qılmaq üçün torpaqla təyəmmüm alınır. Toya getmək isə zəruri hallardan sayılmır. Həmçinin oxuyun: Namaz qılan qadına dırnaqlara lak vurmaq olarmı?

Teqlər: 
Paylaş: