Qüsl aldıqdan sonra məni gələrsə, qüsul pozulur?

    12.02.2016
Sual: 
Salam.Mən sperma haqqında bilmək istəyirəm.Məzini fərqləndirə bilirəm.Amma vədiylə mənini(sperma)fərqləndirə bilmirəm.Məni haqqında sizdən ətraflı məlumat istəyirəm.Qüsuldan sonra məni gələrsə qüsul sayılırmı.Mənin şəhvətlə və yaxud başqa şeydən gəldiyini necə bilə bilərəm. Birdə məzi və yaxud vədi ifraz olunanda dəstəmaz almaq lazımdı.Amma dəstəmazdan sonra gələrsə dəstəmazım pozulurmu.Əgər məzi və yaxud vədi dayanmırsa yəni ifraz olunursa dəstəmazım pozulurmu həm də namazım sayılmırmı.Xahiş edirəm sualıma tez cavab verin.İndidən təşəkkürlər..
Cavab: 
Və aleykum Salam. Məni cinsi əlaqə zamanı ifraz olunan və təzyiqlə çıxan mayeyə deyilir. Mənidən qabaq şəhvət hissi keçirərkən az-az gələn maye məzi, cinsi münasibətdəki sperma ifrazından sonra az-az gələn maye isə vadidir. Məzi və vadi murdar sayılır. Yuxuda qeyri-ixtiyari olaraq məni ifraz olunması da qüslu pozur. Həmçinin, masturbasiya zamanı da məni ifraz olunur. Lakin, kişilərdə bəzi hallarda ayaq yolunda heç bir şəhvət hissi keçirmədən məni çıxırsa, qüsl pozulmur. Qadınlarda isə qüsl aldıqdan sonra heç bir səbəb olmadan güclü şəhvət hissi yoxdursa və çıxan maye azdırsa, bu məzi sayılır. Lakin, məni çıxırsa, artıq yenidən qüsul almaq lazımdır. Məzinin tez-tez gəlməsi xəstəlik halındadırsa, hər namazdan qabaq həmin yeri təmizləyərək dəstəmaz almaq və namazı qılmaq lazımdır. Əgər namaz əsnasnda nə isə gələrsə, bu namazı pozmur və namaza davam etmək lazımdır. Daha ətraflı: 
Teqlər: 
Paylaş: