"Cashback" servisi halaldırmı?

    23.02.2016
Kimdən: 
Əli
Sual: 
Salam aleykum. Cashback servisi halaldirmi?
Cavab: 

Və aleykum Salam. "Cash back" servisi bank kartından ödənilən məbləğin bir hissəsinin yenidən kart sahibinə hədiyyə olaraq geri qaytarılmasıdır. Əgər kart şəriət tərəfindən qadağan edilən kart növlərindən deyilsə və geri qaytarılan məbləğ ("Cash back") bank tərəfindən ödənilmirsə, bu cür servisdən istifadə etmək icazəlidir. Bank kartları barədə ətraflı oxuyun:

Debet kartlarından istifadə etmək olarmı?
 

 

Teqlər: 
Paylaş: