Anormal insanların dünyaya gəlməsinin izahı nədir?

    13.03.2016
Sual: 
Salam aleykum.1ci Sualim beledirki ele insanlar varki 3 ayaqli 4elli ve s. Formada dogulurlar bunlarin bir aciqlamasi varmi dine esasen? 2ci sualim bezi heyvanlarin üzərində erebce Allah yazisina rast gelirik bes bunun menasi nedir?
Cavab: 

Və aleykum Salam. Uca Allah dünya həyatının müvəqqəti sınaq olması haqqında buyurur:
Ey qövmüm! Bu dünya həyatı ancaq fani bir zövqdür, Axirət isə qərar tutacağınız yurddur” (Ğafir, 39).
"Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, Qüdrətlidir, Bağışlayandır." (əl-Mulk, 2)
"İnsanı qarışdırılmış nütfədən yaradaraq onu sınaqdan keçirmək məqsədilə eşidən və görən etdik." (əl-İnsan, 2)
Uca Allah insanları müxtəlif üsullarla sınağa çəkir, bu da sınağın bir növüdür: "Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver. O kəslər ki, onlara bir müsibət üz verdikdə: "Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!"– deyirlər. Onlara öz Rəbbi tərəfindən təriflər və mərhəmət vardır. Məhz onlar doğru yolda olanlardır." (əl-Bəqərə, 155-157)

Allaha iman gətirib sınaqlara səbr edənlərə və onun əmrlərini yerinə yetirənlərə Cənnətdə yeni bədən veriləcək. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: “Cənnət əhli bədənləri və üzləri tüksüz, gözləri sürməli, otuz üç yaşında Cənnətə daxil olacaqlar”. (ət-Tirmizi, 2545).
 “(Cənnət əhli Cənnətə girdikdə) bir çarçı belə car çəkə­cəkdir: “Siz sağlam olub, heç vaxt xəstələnməyəcəksiniz. Siz yaşa­yıb, heç vaxt ölməyəcəksiniz. Siz gənc qalıb, heç vaxt qocalmaya­caqsı­nız. Siz nemət içində olub, heç vaxt kədərlənməyəcəksiniz”. Bu haq­da Uca Allah belə buyurur: “Etdiyiniz əməllərə görə varisi olduğunuz Cənnət budur!” (əl-Əraf, 43)”. (Muslim, 7336). Daha ətraflı: Cənnət əhlinin vəsfi

Teqlər: 
Paylaş: