Əlin nəcisə bulaşması barədə vəsvəsəm var...

    14.03.2016
Kimdən: 
Banu
Sual: 
Salam.kecen defeki sualima cavab yazmisdinizki skaf quruyursa artiq ordan necis ötürülmez.bes elim yas halda deyse nece?1de sizden xahis edirem cavablandirasiz necis nece ötürülür?nece merheleden ibaret ötürülme var? elimize sidik deyse ve biz onu yumaq ucun krani o elle acsaq elimizi yusaq daha sonra krani baglasaq elimiz yeniden necis olurmu?
Cavab: 

Və aleykum salam. Bu şeytanın sizə dini çətin göstərmək üçün təlqin etdiyi vəsvəsədir. Bilməlisiniz ki, vəsvəsəyə nə qədər çox fikir versəniz, o qədər çoxalacaq. Ona görə də, vəsvəsə ilə mübarizə aparmaq yox, ona fikir verməmək lazımdır. Nəcisin ötürülmə mərhələləri anlayışı yoxdur. Şkaf artıq quruyubsa, yaş əllə toxunsanız belə əliniz nəcisə bulaşmır. Dediyiniz halda əlinizi yuduqdan sonra krantın dəstəyinin üstünə bir ovuc su tökmək onun təmizlənməsi üçün kifayətdir. Vəsvəsədən qorunmaq üçün gün ərzində Quran oxunmasına qulaq asın, Allahı çox zikr edin.

Teqlər: 
Paylaş: