Namaza başladıqda necə niyyət edim?

    06.02.2014
Sual: 
Salam aleykum. Namaza bashlayarken niyyet etdiyimiz zaman, niyyet etdim Allah rizasi uchun Allah yolunda hansı namazı qılıramsa onun adini bashlayiram. Duzgun niyyət edirem?
Cavab: 

Aleykum salam. Ümumiyyətlə niyyət etmək, daxilən bir şeyə qəti qərar vermək, bir işi nə üçün gördüyünü qətiyyətlə bilmək deməkdir. Dini baxımdan isə niyyət etmək, bir işi Uca Allahın əmrinə tabe olmaq və ona yaxınlıq qazanmaq üçün yerinə yetirmək qərarından ibarətdir. Dinimizə görə niyyətin yeri qəlbdir, bunu dil ilə tələffüz etmək isə dində yenilikdir. Peyğəmbərimiz Məhəmməd (salləllahu aleyhi va səlləm) demişdir: "Əməllər niyyətlərə görədir və hər kəsin niyyət etdiyi bir əməl vardır...". (əl-Buxari və Muslim). 
Həmçinin digər bir hədisdə Allah Rəsulu (salləllahu aleyhi va səlləm) belə buyurmuşdur: "Kim bizim bu işimizə (dinimizə) müvafiq olmayan bir əməl əlavə edərsə, onun etdiyi əməl qəbul olunmayıb, rədd olunar". (əl-Buxari və Muslim).
Peyğəmbərin (salləllahu aleyhi va səlləm) namaza başlayarkən, dillə niyyət etdiyi bildirilməmişdir. Səhabələr (Allah onlardan razı olsun) və onların ardıcıllarının (Allah onlara rəhmət eləsin) da belə bir şey etdikləri bildirilməmişdir.

Teqlər: 
Paylaş: