İllərlə ailədən ayrı qalaraq ruzi dalınca getmək doğrudurmu?

    18.03.2016
Kimdən: 
Terane
Sual: 
Salam Aleykum. Men aylarla illerle qadinini tek qoyub Ruzu dalinca getmek meqsedi ile uzaga gedenler haqqinda bilmek isteyirem ki bu haqqda dini hedisler varmi... eyer varsa bu muddet ne qeder olmalidir... Xahiş edirem etrafli cavablandirasiniz.Qabaqcadan teşekkur edirem..
Cavab: 
Və aleykum Salam. Əgər qadın ərinin onu qoyub uzun müddətə başqa ölkəyə ruzi dalınca getməsinə razıdırsa, bunda kişi günah daşımır. Həmçinin, razı deyilsə, lakin dolanışıq yoxdur və yalnız başqa yerə gedib ruzi qazanmaq mümkündürsə, bu halda da kişi günah qazanmır. Lakin, vətəninə qayıdıb bir az kasıb da olsa dolana bilərsə, bu halda ər həyat yoldaşının və övladlarının haqlarına girir və günah qazanır. Çünki, ər öz həyat yoldaşının həm fiziki, həm də mənəvi cəhətdən haqqını verməlidir. Övladlarının haqqına isə onlara ata tərbiyəsi verməməklə girir. Həmçinin, atanın ailəsi üzərində bir haqqı da onlara dini tərbiyə verməsidir. Belə ki, Uca Allah buyurur: "Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun!" (ət-Təhrim, 6). Ömər ibn əl-Xattab (Allah ondan razı olsun) öz xəlifəliyi dövründə qərar qəbul etmişdi ki, kişi öz həyat yoldaşından ən çox dörd ay ayrı qala bilər. Ona görə də ailəli əsgərlər dörd aydan bir evlərinə qayıdırdılar. (Səid ibn Mənsur, №: 2463).
Teqlər: 
Paylaş: