Qəbir üzərində məscid tikmək haramdırsa, nə üçün Kəhf surəsində bu haqda danışılır?

    16.03.2016
Kimdən: 
ALLAH qulunnan cavab
Sual: 
cavab qurani yaxwi oxuyun ibrahimin meqami ALLAH buyuruki ibrahimin meqaminda dur namaz qil heccin sertlerinnendir.ikinci delil kef suresi aye21 iki qovm dalasdilar kafiller dedilerki olarin sayini bilen ALLAHDIR olarin qebrinde uca mertebeli ev tikin ama qelebeni muslumanlar caldi olarin qebri usdunde mescid tikin!!!muslumdeki hedis sehih deyil ayeye zid gedir!!!
Cavab: 
Salam aleykum.
1. İbrahim məqamında qəbir yoxdur. İbrahim məqamı İbrahimin (Allahın ona salamı olsun) durduğu yerdir. Uca Allah İbrahimi üstün tutduğu üçün bunu həccin sünnələrindən edib.
2. Uca Allah buyurur: "Beləcə, insanları onların halından xəbərdar etdik ki, Allahın vədinin həqiqət olduğunu və o Saatın gələcəyinə şübhə olmadığını bilsinlər. O zaman möminlər və kafirlər öz aralarında onların işi barəsində mübahisə edirdilər. Bəziləri: "Onların üstündə bir bina tikin. Rəbbi onların halını daha yaxşı bilir!"– dedilər. Mübahisədə üstün gələnlər isə: "Onların məzarı üstündə mütləq bir məscid tikəcəyik!"– dedilər". (əl-Kəhf, 21). Ayədə deyilir ki, "Mübahisədə üstün gələnlər" - yəni, kimlərin üstün gəlməsi deyilmir - möminlərin və ya kafirlərin. Həm də ki, "Onların məzarı üstündə mütləq bir məscid tikəcəyik!" - yəni, gələcək formada deyilir. Daha yaxın olan rəy budur ki, bu sözü deyənlər nüfuz sahibi olanlardır. Hökmdar və onunla bərabər olanlardır. Fakt odur ki, bu kimi sözlər iman əlhindən yox, qəbirpərəst, müşrik və bütpərəstlərdən çıxan sözdür. O kəslər ki, qəbirlərə, qübbbələrə, türbələrə ibadət edirdilər. Bu söz şirk əhlinin sözüdürsə, onların sözündə, əməllərində bir ibrət yoxdur və onların sözləri dəlil ola bilməz. Buna da dəlil, Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) sözüdür: "Allah yəhudilərə və xris­tianlara lənət eləsin! Onlar peyğəmbər­ləri­nin qəbirlərini ibadətgaha çevirmiş­lər". (Peyğəmbər (salləllahu aleyhi və səlləm) bu sözləri ilə ümmətini) onların etdikləindən çəkindirmiş­dir)". (əl-Buxari, 435). Ummu Həbibə və Ummu Sələmə (Allah onlardan razı olsun) Həbə­şis­tanda gör­dükləri və içərisində rəsmlər olan kilsə haqqında xəbər vermişlər. Onlar (bu haqda) Peyğəmbərə (Allahın ona və ailəsinə salavatı və salamı olsun) xəbər vermiş və o da belə demişdir: "Onlar içərilərin­dən əmə­lisaleh bir adam öldükdə onun qəbri üstündə məbəd tikir və (divar­larında) həmin rəsmləri çəkirlər. Qiyamət günü onlar Allah yanında yaradıl­mışların ən pisi olacaqlar". (əl-Buxari, 427). Şəriət - şirki və şirkə aparan vasitələrin haramlığına dəlillərlə gəlmişdir. Şəkk yoxdur ki, qəbirlərin üzərində məscidlərin tikilməsi şirkə aparan ən böyük vasitələrdəndir. Buna əsasən də bu ayədə keçən "dedilər ki, biz onların üzərində məscid tikəcəyik" - bu müsəlman olmayan kəslərdir.
Teqlər: 
Paylaş: