Tövbə surəsinin 105-ci ayəsində qəsd olunan nədir?

    27.03.2016
Sual: 
Salam aleykum.Tövbə surəsi 105ci ayədə "möminlər görəcəklər" deyəndə Allah kimləri nəzərdə tutub. Salam aleykum.
Cavab: 
Və aleykum Salam. Uca Allah buyurur: "De: "İşinizdə olun! Allah, Onun Elçisi və möminlər əməllərinizi görəcəklər. Sonra qeybi və aşkarı Bilənin yanına qaytarılacaqsınız, O da sizə nə etdiklərinizi xəbər verəcəkdir". (ət-Tövbə, 105). Bu ayə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) və səhabələrin (möminlərin) onların saleh əməllərini görəcəklərinə işarədir. (ət-Tabəri "Tövbə surəsinin təfsiri"). Bu ayə Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) və onun ətrafında olan möminlərin sağlığında münafiqlərin nə edəcəklərini görəcəklərindən xəbər verir. Amma günümüzdə kimin hansı əməl sahibi olmasını yalnız Uca Allah görür: "Namaz qılın, zəkat verin! Qabaqcadan özünüz üçün nə xeyir hazırlasanız onun əvəzini Allahın yanında tapacaqsanız. Şübhəsiz ki, Allah nə etdiklərinizi görür". (əl-Bəqərə, 110).
Teqlər: 
Paylaş: