Fərz namazı hansıdır?

    06.02.2014
Kimdən: 
Qasımova Aygün
Sual: 
Salam aleykum! Bağışlayın narahat edirem. Fərz namazı hansı namazdır? Bağışlayın men bilmirem. Bildiyim namazlar bunlardır. Sübh namazı, Zöhr namazı, Əsr namazı, Şam namazı və Xiftər namazı.
Cavab: 

Və aleykum Salam. Adlarını saydığınız namazlar fərz namazlarıdır. Lakin, şam və xiftən namazı fars dilində belə adlanır. Həqiqətdə, şam namazı Məğrib, xiftən namazı İşa adlanır. Vaxtları; Sübh - dan yeri söküləndən gün çıxana qədər. Zöhr - günəş zenitdə olandan sonra. Əsr - axşamçağıya doğrudan gün batana qədər. Məğrib - gün batan kimi. İşa - günəşin işartısı gedəndən gecə yarısına kimi. Fərz namazları bütün müsəlmanlara gündə beş dəfə vacib buyurulan namazlardır. Uca Allah buyurur: "Namazınızı qıldıqdan sonra ayaq üstə olanda da, uzananda da Allahı zikr edin, arxayınlığa çıxdıqda isə, namazı (öz qaydasınca) qılın! Çünki namaz möminlərə bəlli (müəyyən) vaxtlarda fərz (vacib) edilmişdir". (ən-Nisa, 103). 
Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) Muaz ibn Cəbəli (Allah ondan razı olsun) Yəmənə gön­də­rərkən demişdir: "Onları Allahdan başqa məbudun olmadığını və mənim Allahın elçisi olduğumu qəbul etməyə dəvət et. Əgər bunu qəbul etsələr, onla­ra bildir ki, Allah onlara gecə və gündüz beş vaxt namaz qılmağı vacib buyur­muşdur. Bunu da qəbul etsələr, onlara bildir ki, Allah onlara mallarından zəkat ver­məyi – dövlətlilərindən götürüb kasıblara paylamağı vacib buyur­muşdur". (əl-Buxari, 1395).

Teqlər: 
Paylaş: