Ərli qadınla kəbin kəsdirmək olarmı?

    22.03.2016
Kimdən: 
TOLIK
Sual: 
salam aleykum. sizden cox-cox xahiw edirem mene komek edin. bie evli qadinla tanis olmusam.bu qadinin atasi sevmediyi qohumuna ere veribler.kebinleride yoxdur.28-ildirki aile qurublar.indiyene qeder hemin gadin o kisini sevmir. mende bilmeyerekden onunla zina etmiwem. allah telah qunahimi baqislasin.mene dediler ki, 6-ay erzinde kisi qadinla elaqesi yoxdursa , bu talaq sayilir. o qadini men cox sevirem. erinden sonra men hemin qadinla kebin kesdire bilerem ? tesekkur edirem.
Cavab: 
Və aleykum Salam. Qadının atası onun vəlisidir. Kəbinləri olmasa da bu iş qadının atasının razılığı ilə baş verdiyinə görə o kişi bu qadının əri sayılır. Ona görə də siz o qadınla kəbin kəsdirə bilməzsiniz. Hətta hansısa molla pul ilə sizə kəbin kəssə belə, bu kəbin batildir və özünüzü aldatmış olursunuz. Həmçinin, kəbinin şərtləri var ki, bunu da Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bizə bildirib: "Himayədar tərəfindən nikahı bağlanmayan qadının nikahı batildir, nikahı batildir, nikahı batildir". (İbn Məcəh, 1879). Başqa hədisdə deyir: "Himayədar (vəli) və iki ədalətli şahid olmadan bağlanan nikah düzgün deyil". (İbn Hibban: 305, 1247). Bir qadının iki əri ola bilməz. O qadından uzaqlaşmanız lazımdır. Yoxsa yenə zina etmək təhlükəsi ilə üz-üzə qala bilərsiniz. Lakin, əgər o qadın ərindən ayrılıbsa, siz onunla İslam qaydalarına uyğun kəbin kəsdirib onu özünüzə halal həyat yoldaşı edə bilərsiniz. Həmçinin evli qadın başqa kişi ilə kəbin kəsdirə bilməz. Kəbini pozmaq üçün qadının əri onu boşamalıdır. Əri qadını boşasdıqdan sonra qadın yeni nikaha girmək üçün iddə müddətini gözləməlidir. İddə müddəti bitdikdən sonra qadının vəlisinin (atası, qardaşı, əmisi və s.) izni ilə onunla kəbin kəsdirmək mümkündür. oxuyun:
Nikah bağlamağın qaydaları
Zina və ondan necə qorunmaq haqqında
Tövbə etsəm, Allah məni bağışlayarmı?
Paylaş: