Dünyasını dəyişmiş qeyri-müsəlmanlar üçün dua etmək olarmı?

    31.03.2016
Sual: 
Essalamualeykum ve rehmetullahi ve bereketuhu. Menim anam 1992 ci ilde dunyasin deyisib.O vaxtlar dinimiz çox yayilmadigina gore anam muselman olmayaraq dunyadan kocdu.Ancaq onu taniyanlar ondan çox raziliq edirler.Hamiya qarsi Cox mehriban,qaygikes ve bacardigi qeder hamiya yardim edib.Indi anami aqibeti meni çox dusundurur.Bu cur insanlar haqda aye ve ya hedis varmi? 2.Men muselman olmayan dunyasin deyisen anamcun dua ede bileremmi?
Cavab: 

Və aleykum Salam və rahmətullahi və bərakətuhu. Sualda qeyri-müəyyənlik var. Çünki, şəhadət kəlməsini deyən hər bir insan müsəlmandır. Əgər sizin ailəniz özünü müsəlman sayırsa və ananız da özünü müsəlman sayırdısa, lakin namaz qılmırdısa, o yenə də müsəlman sayılır. Siz də onun üçün dua edə bilərsiniz. Əgər siz başqa dində olmusunuz və İslamı sonradan qəbul etmisinizsə, onda ananızın bağışlanması üçün dua edə bilməzsiniz. Həmçinin oxuyun: Cahillik üzrlüdürmü?

Teqlər: 
Paylaş: