Mən ailədə sevgi və hörməti necə bərpa edə bilərəm?

    04.04.2016
Sual: 
Essalamu eleykum.heyat yoldasimla aramizda teztez mubahiseler yasanir eslinde adi birseyin ustunde birbirimize cox alcaldici sozler deyirik.yoldasim cox kobud sozler deyir mene mense cox caresiz qaliram hetta ozumu oldurmek heddine catiram.ama ilk once Allahcun sonrada balamcun dayaniram.ama bele cox cetindi mene ovladim boyuyende ona psixoloji olarag cox pis tesir edeceyini bilirem.men ailemde sevgini hormeti nece berpa ede bilerem?onceden cox tesekkurler
Cavab: 

Və aleykum Salam. İlk növbədə ərinizlə mübahisələrdən çəkinin, ərinizə itaəti artırın, ərin hər sözünə etiraz etməyin. Həmçinin, yoldaşınız evdə olmayanda Qurani-Kərimdən ayələri, xüsusən də Bəqərə surəsini səsləndirin. Çünki, mübahisə şeytandandır. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: "Evlərinizi qəbiristanlığa çevirməyin! Şübhəsiz ki, şeytan "əl-Bəqərə" surəsi oxunan evdən qaçar". (Səhih Muslim, 1860). Səhər axşam zikrlərini edin. Qarşılıqlı sevgini artırmaq üçün ərinizə salam verməyi çoxaldın, onunla gülərüzlə davranın, bayırdan evə girdikdə onu gözəl qarşılayın. Kişi də evə gələndə artıq hiss edəcək ki, evdə onu mübahisə gözləmir. Ərinizə itaət etməyiniz sizin alçalmağınız deyildir. Ərə olan itaət sizə savab qazandırır. Belə etdikdə, Uca Allahın izni ilə münasibətləriniz yaxşılaşar. Həmçinin oxuyun: Həyat yoldaşın yalan danışması ailədə dava-dalaşa səbəb olur

Teqlər: 
Paylaş: