Gün çıxmasına az qazlmış havanın işıqlı olduğu vaxtda namaz qılmaq olarmı?

    10.04.2016
Kimdən: 
Habil
Sual: 
Salam.Sualım namazın vaxtı ilə bağlıdır.Əgər, məsələn, sübh namazı saat 07.20-yə kimidirsə və mən təxminın 07.00-07.05 radələrində namaz qaldımsa, bu düzgündürmü??? Məsələ ondadır ki, namaz qıldığım vaxtda artıq gün açılmağa başlayırdı və hava aydınlaşıdrı.Bilmək istərdim ki, namazı göstərilən vaxtın son dəqiqəsinə kimi (07.20) qılmaq olarmı? yoxsa pəncərədən baxıb günün açılmasını əsas tutmalıyıq? Öncədən təşəkk ür.
Cavab: 

Və aleykum Salam. Bütün namaz təqvimlərində Sübh namazının vaxtının çıxması günəşin görünməsi ilə eyni vaxta düşür. Ona görə də namazın çıxdığı vaxta qədər qılınana namaz düzgün hesab olunur. Havanın işıqlı olması hələ namaz vaxtının bitməsi deyil. Lakin, namazın girdiyi ilk vaxtda qılınan namaz daha üstündür. Peyğəmbərimiz (ona Allahın salavatı və salamı olsun) ən fəzilətli əməlin hansı olduğunu soruşan səhabəyə: "Vaxtında (və ya vaxtının başlanğıcında) qılınan namazdır" - deyə cavab vermişdir. (əl-Buxari, Məvaqit, 162).

Teqlər: 
Paylaş: