İçimdən bəddua etmək, sonra da tövbə etmək düzgündürmü?

    12.04.2016
Kimdən: 
Ayten
Sual: 
Allahin salami olsun her bir muselman baci qardaslarimiza.Menim size bir nece sualim olacaq xaiw edirem cavablandirasiz önceden teşekkur edirem.SUALIM beledir- içimden istəmədən beddua etmek ve ardindan peşiman olub tövbe etmek dûzgündürmü?Ümumiyyetle bedduaya tövbe varmi?İkinci sualim dua ederken Allahin adini,Qurani Kerimin ve Mekkenin şeklini gozumun qabaqina getirmek düzgündürmü?
Cavab: 
Və aleykum Salam. İstəmədən bəddua fikri keçirsə, bu şeytandan vəsvəsədir və buna görə cavabdeh deyilsiniz. Tövbə etməyə də ehtiyac yoxdur. Allah hər qarğışı, bədduanı qəbul etmir. Yalniz həqiqi zülmə məruz qalan məzlumun bədduası maneəsiz qəbul olunur. Bədduaya tövbə etmək yoxdur. Sadəcə həmin fikirlərin yox olması üçün Allaha dua etmək lazımdır. Dua edərkən nəsə təsəvvür etmək olmaz. Dua Qurana, Məkkəyə və s. edilmir. Dua yalnız Allaha edilir. Sadəcə demək olar ki, "Ey Kəbənin Rəbbi",  ya da "Ey Quranı nazil edən Allah" və ya Allahın ilahi isimlərini söyləyərək dua etmək olar. Həmçinin, oxuyun: Cadudan necə qorunmaq olar?
Teqlər: 
Paylaş: