Üç vaxtda namaz qılanın namazları batildir?

    25.04.2016
Sual: 
Salam aleykum mən 5vaxt namaz qılıam 3vaxt qılanların namazı batildir ya yox
Cavab: 
Və aleykum Salam. Namazı qəbul edən yalnız Allahdır. Ona görə də kimin namazının qəbul, kimin namazının isə batil olmasının Uca Allah bilir. Amma gündə beş namazı səbəbsiz yerə birləşdirib üç vaxtda qılan insan vaxtında qılınmayan iki namaza görə günah qazanır. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bir cür namaz qılıb və bunu da insanlara bildirib. Ona görə namaz Peyğəmbərimizin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) namazına nə qədər uyğun olsa bir o qədər qəbul olmağa yaxındır. Həmçinin oxuyun: Namaz gündə üç dəfə, yoxsa beş dəfə qılınmalıdır?
Teqlər: 
Paylaş: