Namaz qılanda 1, 2, 3 və 4-cü rükətlər hara qədərdir?

    28.04.2016
Kimdən: 
ALLAHIN BƏNDƏSİ
Sual: 
assalamu aleykum.Mən bir şey öyrenmek istərdim.Namaz qılmaq istəyirem bilmek istiyiremki 1 2 3 ve 4 cu ruketler hara qederdi.Birdə namazda deyirler qadinin oturma qaydasi başqadı.
Cavab: 

Və aleykum Salam. Qadınla kişinin namaz qılma şəklində fərq yoxdur. Namaz qılarkən ayaq üstə Quran oxumaq, ruku və səcdə etmək bir rükət sayılır. İkinci rükətdə bunlara oturub təşəhhüd demək əlavə olunur.
Sübh namazı (iki rükətli namaz) 
Birinci rükət: Ayaq üstə Fatihə və İxlas surələri oxumaq, ruku etmək, rukudan qalxmaq, səcdə etmək, səcdədən dikəlib oturmaq, yenidən səcdə etmək, səcdədən qalxıb oturmaq, ikinci rükəti qılmaq üçün ayağa qalxmaq.
İkinci rükət: Ayaq üstə Fatihə və İxlas surələri oxumaq, ruku etmək, rukudan qalxmaq, səcdə etmək, səcdədən dikəlib oturmaq, yenidən səcdə etmək, səcdədən qalxıb oturmaq, təşəhhüdü və salavatı demək, sağa və sola salam vermək.
Məğrib namazı (üç rükətli namaz):
Birinci rükət: Ayaq üstə Fatihə və İxlas surələri oxumaq, ruku etmək, rukudan qalxmaq, səcdə etmək, səcdədən dikəlib oturmaq, yenidən səcdə etmək, səcdədən qalxıb oturmaq, ikinci rükəti qılmaq üçün ayağa qalxmaq.
İkinci rükət: Ayaq üstə Fatihə və İxlas surələri oxumaq, ruku etmək, rukudan qalxmaq, səcdə etmək, səcdədən dikəlib oturmaq, yenidən səcdə etmək, səcdədən qalxıb oturmaq, təşəhhüdü və salavatı demək, üçüncü rükəti qılmaq üçün ayağa qalxmaq.
Üçüncü rükət: Ayaq üstə Fatihə surəsini oxumaq, ruku etmək, rukudan qalxmaq, səcdə etmək, səcdədən dikəlib oturmaq, yenidən səcdə etmək, səcdədən qalxıb oturmaq, təşəhhüdü və salavatı demək, sağa və sola salam vermək.
Zöhr, Əsr və İşa namazları (dörd rükətli namazlar):

Birinci rükət: Ayaq üstə Fatihə və İxlas surələri oxumaq, ruku etmək, rukudan qalxmaq, səcdə etmək, səcdədən dikəlib oturmaq, yenidən səcdə etmək, səcdədən qalxıb oturmaq, ikinci rükəti qılmaq üçün ayağa qalxmaq.
İkinci rükət: Ayaq üstə Fatihə və İxlas surələri oxumaq, ruku etmək, rukudan qalxmaq, səcdə etmək, səcdədən dikəlib oturmaq, yenidən səcdə etmək, səcdədən qalxıb oturmaq və təşəhhüdü və salavatı demək, üçüncü rükəti qılmaq üçün ayağa qalxmaq.
Üçüncü rükət: Ayaq üstə Fatihə surəsini oxumaq, ruku etmək, rukudan qalxmaq, səcdə etmək, səcdədən dikəlib oturmaq, yenidən səcdə etmək, səcdədən qalxıb oturmaq və dördüncü rükəti qılmaq üçün ayağa qalxmaq.
Dördüncü rükət: Ayaq üstə Fatihə surəsini oxumaq, ruku etmək, rukudan qalxmaq, səcdə etmək, səcdədən dikəlib oturmaq, yenidən səcdə etmək, səcdədən qalxıb oturmaq və təşəhhüdü və salavatı demək, sağa və sola salam vermək. Daha ətraflı şəkildə Namaz qılmaq qaydasını burdan - VİDEO öyrənə bilərsiniz.

Teqlər: 
Paylaş: