Xəstəlikdən qurtulmaq üçün hansı duanı oxumaq lazımdır?

    04.05.2016
Sual: 
salam eleykum.xestelikden qurtalmaq ucun hansi duani oxumaq lazimdir?
Cavab: 

Və aleykum Salam. İstədiyiniz şəkildə Allah dua edə bilərsiniz ki, sizi sağaltsın. Həmçinin, Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) etdiyi duaları da edə bilərsiniz.
"Allahım, albinosluqdan, divanəlikdən, cüzamdan və pis xəstəliklərdən Sənə sığınıram". (Səhih ən-Nəsai, 3/1116).
"Allahım, acizlikdən, tənbəllikdən, qorxaqlıqdan, paxıllıqdan, qocalıqdan, sərtlikdən, qəflətdən, ehtiyacdan, rüsvayçılıqdan, miskinlikdən, kasıbçılıqdan, küfrdən, fasiqlikdən (asilikdən), ixtilafdan, nifaqdan, lovğalıqdan (təkəbbürlükdən), riyakarlıqdan, karlıqdan, lallıqdan, divanəlikdən, cüzamdan, albinosluqdan və pis xəstəliklərdən Sənə sığınıram!" (Səhih əl-Cami, 1/407). 
"Allahım! Acizlik, tənbllik, qorxaqlıq, qocalıq və paxıllıqdan sənə sığınıram. Həmçinin, qəbr əzabından, ölümün və həyatın fitnəsindən Sənə sığınıram!" (Səhih əl-Buxari, 6367). 
"Allahım! Bəla məşəqqətindən, bədbəxtçilikdən, pis taledən və düşmənlərin bədxahlığından sənə sığınıram!" (Səhih əl-Buxari, 6347). 
"Allahım, paxıllıqdan, qorxaqlıqdan, ən rəzil ömürə qayıtmağımdan, dünyanın və qəbr əzabının fitnəsindən Sənə sığınıram". (Səhih əl-Buxari, 6365). 
"Allahım! İsmətli olan dinimi, yaşadığım dünyamı və qayıdacaq axirətimi islah et! Xeyirli işlər üçün ömrümü artır, ölümümü isə şər əməllərdən qurtarmaq üçün rahatlıq vasitəsi et!" (Səhih Muslim, 6841).
"Allahım, məni bağışla, mənə rəhm et, mənə salamatlıq nəsib et və mənə ruzi ver!" (İbn Məcəh, 3845).
"Allahım, bu dünyada və Axirətdə mənə salamatlıq ver!" (İbn Məcəh, 3851). 
Həmçinin oxuyun: 
Dualarım qəbul olmur, nə edim?
Ruqyə (Quranla müalicə) necə oxunur?

Teqlər: 
Paylaş: