Başqasının ahı üstümdə qalmamaq üçün nə edim?
Sual:
Salam bir sual verim bir insanin ahin almiwamsa onan nece qurtulum ahi ustumde qalmasin xaiw komek edin.
Cavab:
Və aleykum salam. Ahı - xalq arasında haqsızlığa uğrayanın qarğışına deyilir. Şəriətə görə isə məzlumun bədduasına deyilir. Əgər həqiqətən də zülm edilibsə, onda bu halda bəddua qəbul olunur. Yox əgər həqiqi zülm, haqsızlıq olmayıbsa, onda kiminsə ahısı (qarğışı) keçərli deyil. Başqasına zülm etmisinizsə, ondan mütləq halallıq almaq lazımdır. Əgər halallaşmaq mümkün deyilsə, həmin şəxs üçün bir kəffarə kimi Allaha dua edib onun bağışlanması üçün dua və xeyir diləmək yaxşıdır. Əks halda, Qiyamət günü öz savablarınızdan həmin insana veriləcək və ya onun günahları sizə yüklənəcək. Allah qorusun! Daha ətraflı:
Qul haqqı barədə
İslam dini lənəti bəyənirmi?