Allah Əraf surəsinin 175-ci ayəsində kimin haqqında danışır?

    13.05.2016
Kimdən: 
Əli
Sual: 
Salam aleykum. Allah Al Araaf suresi 175 ci ayede kimnen behs edir?
Cavab: 
Və aleykum Salam. Uca Allah buyurur: "Onlara ayələrimizi verdiyimiz kimsənin əhvalatını oxu. O, ayələrdən kənara çıxdı, şeytanın təqibinə məruz qaldı, axırda da azanlardan oldu. Biz istəsəydik, bunun (həmin ayələrin) sayəsində onu ucaldardıq. Lakin o, dünyaya meyl saldı və öz istəyinə uydu. Onun məsəli itin məsəlinə bənzəyir; onu qovsan da dilini çıxardıb ləhləyər, qovmasan da. Ayələrimizi yalan hesab edənlərin məsəli belədir. Bu əhvalatları onlara danış ki, bəlkə fikirləşələr". (əl-Əraf, 175-176).
Bu insan Bəlam adlı bir nəfər olub, Allaha ibadət edən saleh bir qul imiş, sonradan isə nəfsinə uyub dünyanı seçmiş və həlak olmuşdur.
Teqlər: 
Paylaş: