Tövbə surəsi 111-ci ayəsi imamlara işarədirmi?

    19.05.2016
Kimdən: 
Ramal
Sual: 
Salam size bir sualim varTOVBEsuresinin111ayesinin menasin aciqliya bilersiz yeni bu aye imamlara isaredi
Cavab: 

Və aleykum Salam. Uca Allah buyurur: "Doğrudan da, Allah möminlərdən, Cənnət müqabilində onların canlarını və mallarını satın almışdır. Çünki onlar Allah yolunda vuruşub öldürür və öldürülürlər. Bu, Allahın Tövratda, İncildə və Quranda Öz öhdəsinə götürdüyü bir vəddir. Allahdan daha yaxşı əhdini yerinə yetirən kimdir? Elə isə sövdələşdiyiniz alış-verişə görə sevinin. Məhz bu, böyük uğurdur". (ət-Tövbə, 111).

Burada söhbət Huneyn döyüşündən gedir. Həmin vaxt müsəlman ordusunun sayı düşmən ordusundan 3 dəfə çox olub. Amma ordunun içərisində münafiqlər, Allah rizası yox, qənimət əldə etmək üçün döyüşənlər və s. olub. Düşmənlər oxları yağış kimi yağdırdıqda onlar qaçmağa üz tutmuş, həmçinin səhabələrin bir hissəsi oxlardan qorunaraq geri çəkilmişlər. Bu əsnada Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) ətraflında 80-ə yaxın səhabə qalmışdır. Daha sonra Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) əmisi Abbasa (Allah ondan razı olsun) səsi gur olduğuna görə demişdir ki, dağılışmış səhabələri yüksək səslə çağırsın və onlara beyət etdiklərini xatırlatsın. Bundan sonra həmin səhabələr geri dönmüş və döyüşdə qalib gəlmişlər.

Əli ibn Əbu Talibi (Allah ondan razı olsun) sevməkdə həddi aşmış bəzi firqələr isə bu ayəni heç bir dəlil olmadan öz havalarına uyğun təfsir edərək, guya Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) yanında Əlidən başqa heç kimin qalmadığını, yalnız onun vasitəsilə Allahın öz dinini qoruduğunu demişlər. Bunun isə heç bir dəlili yoxdur və batil iddiadır. (İbn Kəsir, 7/ 3660-3661)

Teqlər: 
Paylaş: