Şafii məzhəbində namazda "Subhanəkə" duasını oxumaq olar?
Sual:
wafi mezhebinde namazda subhaneke oxumaq olarmi?
Cavab:
Salam aleykum. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Kim dəstəmaz alıb bu duanı: "Subhənəkə Allahummə və bihəmdikə, əşhədu əl-lə iləhə illə əntə, əstəğfirukə və ətubu ileyk" - (Ey pak və müqəddəs olan Allahım, Sənə həmd olsun! Şəhadət verirəm ki, Səndən başqa haqq ilah yoxdur. Səndən bağışlanmağımı diləyir və Sənə tövbə edirəm!) deyərsə, dəri üzərinə yazılıb möhür vurular və Qiyamətə qədər qırılmaz". (əl-Hakim, 564, 2072). Bu və səhih sünnədə rəvayət olunan digər namaza giriş dualarını namazda deyə bilərsiniz. Hansı məzhəbdən asılı olmayaraq səhih hədis gəlsə, müsəlman buna riayət etməlidir.