Əsrlər qabaq ölənlər Qiyamət gününü gözləyirlər?

    19.05.2016
Kimdən: 
G
Sual: 
Bilmek isterdim esler qabag iller qabag olen insanlar qiyamet gununu gozleyiller?
Cavab: 

Salam aleykum. Qəbir həyatında vaxtın necə olması barəsində dəqiq bir məlumat yoxdur. Lakin, əzaba düçar olan Firon haqda Uca Allah buyurur: "Onları səhər və axşamüstü oda salırlar. O Saat gələcəyi gün isə; Firon nəslini ən şiddətli əzaba salın!" (Ğafir, 46). Həmçinin, Peyğəmbərimiz (ona Allahın salavatı və salamı olsun) Qiyamət günü möminlər haqda buyurur: "...O gün möminlərə günün bir saatı qədər qısa olacaq”. (İbn Hibban, 7419). Qədim zamanlardan indiyə kimi ölənlər isə qəbirlərində ya nemətə çatıblar, ya da cəzagörürlər. Daha ətraflı: Möminin və kafirin ölümü

Teqlər: 
Paylaş: