Duanı səslə, yoxsa səssiz etmək lazımdır?

    12.06.2016
Sual: 
Salam.Men namaz qilmiram,amma her gun dua edirem.Duani ise sesle edirem(piciltidan bir az yuxari tonla).Onuda deyim, duani urekden edirem.Men oxuduguma,bildiyime gore duani sesle deyil,sessiz etmek lazimdir.Menim etdiyim dua qebul olunur mu?Allah razi olsun
Cavab: 
Və aleykum Salam. Sakit səslə və ya pıçıltı ilə dua edə bilərsiniz. Uca Allah buyurur: "​Rəbbinizə yalvara-yalvara, həm də gizlicə dua edin. Şübhəsiz ki, O, həddi aşanları (qışqıraraq dua edənləri) sevməz!" (əl-Əraf, 55); "Səhər-axşam ürəyində yalvararaq və qorxaraq, səsini qaldırmadan Rəbbini yad et və qafillərdən olma". (əl-Əraf, 205). Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Özünüzə yazığınız gəlsin! Axı, siz kar və uzaqda olan (bir tanrını) çağırmırsınız. Həqiqətən, O, Eşi­dən­dir, Yaxındır və O, (həmişə) sizinlədir”. (əl-Buxari, 4205). Allaha dua etmək xeyirli əməl və ibadət sayılsa da, namazı əvəz etmir. Namaz qılmamaq isə ən böyük günahlardandır, ona görə də, dualarınızda Allahdan bağışlanma diləyərək tezliklə namaza başlayın. Daha ətraflı: Namaz qılmayan Cənnətə girə bilərmi?
Teqlər: 
Paylaş: