Zikr edərkən dəstəmazlı olmaq mütləqdirmi?

    01.06.2016
Sual: 
Zikr ederken destamaz almaq mutleqdi? Yani Receb, Shaban ve Ramazan ayinda oxunan zikrler.
Cavab: 
Salam aleykum. Zikr edərkən dəstəmaz almaq vacib deyil. Lakin, Rəcəb və Şaban ayında bu aylara xas dua rəvayət olunmayıb. İstədiyiniz duanı edə bilərsiniz. Ramazan ayında isə Qədr gecəsi üçün dua rəvayət olunub. Aişə (Allah ondan razı olsun) belə demişdir: "Mən dedim: "Ey Allahın Elçisi, de görüm, hansı gecə­nin Qədr gecəsi olduğunu bilsəm, nə deyim?" Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurdu: "De: "Allahummə innəkə afuvvun kərimun tuhibbul-afva fə'fu-anni - Allahım, Sən Bağışlayan, Səxavətlisən və bağışlamağı sevirsən, məni bağışla!)". (ət-Tirmizi, 3513).
Paylaş: