Oruc olanda dəstəmaz alarkən ağıza və buruna su çəkməmək olarmı?

    15.06.2016
Kimdən: 
seva
Sual: 
Salam. Suallarimizi etrafli sekilde cavablandirdiginiz ucun tesekkur edirem. Sualim beledir. Destemaz alanda agiza su aliriq yaxalayiriq. Bes men oruc tutsam nece destemaz alacam ? İster istemez su gedir uje adam udur. Birazda olsa gedir bogaza su. Nece edecem bes ? Ola bilerki destemaz alanda agizi yaxalamayaq ?
Cavab: 
Və aleykum Salam. ­Peyğəmbər (salləllahu aleyhi və səlləm) dəstəmaz alarkən daim üzü ilə birlikdə ağıza və buruna su çəkərdi. Onun dəstəmazını vəsf edən bütün səhabələr bunu qeyd etmişlər. Quranda üzün yuyulmasının əmr olunması ağız və buruna su çəkməyi da əhatə edir. Ağız və buruna su çəkmək Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) aşağıdakı hədislərində əmr olunmuşdur:
"Biriniz dəstəmaz alarkən burnuna su çəkib sonra onu geri çıxartsın". (Əbu Davud, 140).
"Oruclu olmadığın vaxtlar, burnunu dərindən təmizlə". (Əbu Davud, 142).
"Dəstəmaz alanda ağzını da yaxala". (Əbu Davud, 144).

Ona görə oruc olan adam dəstəmaz alarkən suyu udmamaq üçün bir qədər az su ilə ağız və burunu təmizləməlidir. Dəstəmaz alanda ağız və buruna su çəkmək vacibdir. 
Paylaş: