Quranda qeyd edilən münafiqlər kimlərdir?

    16.06.2016
Sual: 
salam.Qurandakı műnafiqler kimlerdi?
Cavab: 

Və aleykum Salam. Quranda münafiqlər deyildikdə İslamla düşmənçilik edərək zahirdə özünü müsəlman kimi göstərən daxildə isə kafir olub İslama inanmayanlar nəzərdə tutulur. Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun)  dövründə münafiqlər olmuşdur. Onların başçısı isə Abdullah ibn Ubeyy ibn Səlul olub. O, Mədinədə Peyğəmbərə (salləllahu aleyhi və səlləm) qarşı düşmənçilik edərək imkan düşən kimi öz düşmən mövqeyini ortaya qoymağa çalışmışdır. O öləndə Allah onun haqda buyurmuşdur: "Onların bağışlanması üçün dua etsən də, etməsən də, hətta onlar üçün yetmiş dəfə bağışlanma diləsən belə, Allah onları əsla bağışlamayacaqdır. Çünki onlar Allahı və Onun Elçisini inkar etdilər. Allah günahkar insanları doğru yola yönəltməz". (ət-Tövbə, 80).

Teqlər: 
Paylaş: