Şimşək haqqında hədis doğrudursa, necə olur ki, sinoptiklər onu qabaqcadan deyirlər?

    28.06.2016
Kimdən: 
Anonim
Sual: 
As Salamu Aleykum va rahmatullahi va barakatuhu. Sualim beledi. Mende shubhe yaranıb bir hedise qarshi. Deməli goy gurultusu haqqinda arashdirdim bu meleyin sesidi. Bes sinoptiklər 1 ya 2 gün evvelden Allahın izniyle deyirler ki, şimşək caxacaq filan. Bes nece olur onlar meleyin ishini necə bilir?(Əstəğfirullahə va etubi ileyh) Ola biler ki, bu hedisler sehih olmasin? Allah razı olsun.
Cavab: 
Və aleykum Salam və rahmətullahi və bərakətu. Sinoptiklər proqnoz verə bilsələr də ildırımın, şimşəyin necə baş verməsinin tam elmi izahı yodur. İldırımın buludlar çox olan yerdə olması isə hədislərə görə də uyğundur. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Göy gurultusu Allahın bu­ludları idarə etmək üçün müvəkkil etdiyi mələk­dir ki, əlindəki odlu qamçı ilə bulud­ları dağıdıb, Allahın əmr etdiyi yerə aparır. Ondan eşidilən o səs isə bulud­ları Allahın əmr etdiyi yerə qədər dağıtması nəticəsində çıxan səsdir”. (ət-Tirmizi, 4/ 129; İmam Əhməd, 1/ 274).
Teqlər: 
Paylaş: