Peyğəmbərin sevimli nəvəsi
Peyğəmbərimizin sevimli nəvəsi və möminlərin əmiri Əli ibn Əbu Talibin oğlu Hüseyn hicrətin dördüncü ilində, şaban ayının beşi anadan olmuşdur. Onun doğumu münasibəti ilə Allahın rəsulu iki qoç kəsib ziyafət vermişdi. Peyğəmbərin bütün ailə üzvləri, həmçinin onun səhabələri Hüseynin dünyaya gəlişinə çox sevinmiş və ona xüsusi qayğı göstərmişdilər. Peyğəmbər öz nəvələri Həsən və Hüseyni çox sevər, onları əzizləyər və onları “balam” deyə çağırardı. Onlara Həsən və Hüseyn adlarını da məhz Peyğəmbər qoymuşdur.