əhli beyt

Peyğəmbərin ﷺ Xədicə ilə evlənməsi və onların övladları

    16.01.2024

Ticarətlə məşğul olan Xədicə bint Xuveylid adlı-sanlı və çox varlı qadın idi. Xədicə öz işlərini aparmaq üçün bəzi adamlara pul və mal verir, onlarla ortaqlıq edirdi. Qureyş ticarətlə məşğul olan bir tayfa idi. Xədicə Allah Elçisi haqqında artıq eşitmişdi. Onun sözdə bütöv, səmimi və xoşxasiyyət insan olduğunu bilirdi. Ona görə arxasınca adam göndərdi və ona mallarını satmaq üçün Şama getməyi təklif etdi. Allah Elçisi özü ilə Xədicənin Meysərə adlı köləsini də götürməli idi.

Kərbəla faciəsi

    15.08.2021

Hicrətin 60-cı ilində İraq əhli Hüseynin Yezid ibn Müaviyəyə beyət etmədiyindən xəbər tutduqda Hüseynin yanına nümayəndələr və məktublar göndərib yalnız ona beyət edəcəklərini, Yezidi, onun atasını, Osmanı, Öməri və Əbu Bəkri yox, məhz Əlini və onun övladlarını istədiklərini bildirdilər. Bu ərəfədə Hüseynə beş yüzdən artıq məktub gəlmişdi.

Əhli-beytin fəziləti

    23.11.2020

Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: “Sizə verdiyi ruziyə görə Allahı sevin. Allahı sevdiyiniz üçün məni, məni sevdiyiniz üçün isə əhli-beytimi sevin”. (ət-Tirmizi, 4042).
Bizi yaratdığına və bəxş etdiyi bütün nemətlərə görə Allahı sevməliyik. Allahı sevdiyimiz üçün də Onun peyğəmbərini və ailəsini sevməliyik.

İmam Əlinin oğluna nəsihəti

    29.06.2015

Əli ibn Əbu Talib - Allah ondan razı olsun - İslam dinini ilk qəbul edən səhabələrdəndir. O, Peyğəmbərin - ona və ailəsinə Allahın salavatı və salamı olsun - həm əmisi oğlu, həm kürəkəni, həm də ən əziz nəvələri – Həsən və Hüseynin atalarıdır. Əli ibn Əbu Talib Təbuk döyüşü istisna olmaqla, Peyğəmbərlə birlikdə bütün döyüşlərdə iştirak etmişdir. Əli ibn Əbu Talib sağlığında ikən Cənnətlə müjdələnmiş on nəfərdən biridir. Əli ibn Əbu Talib Rəsulullahın dördüncü xəlifəsi olmuşdur. O, möminlərə layiqincə əmirlik etmiş və Kufə şəhərində altmış üç yaşında şəhid olmuşdur.

İmam Hüseynin Cənnətlə müjdələnməsi

    05.11.2014

İmam Hüseyn dünyada ikən Peyğəmbər tərəfindən Cənnətlə müjdələnmişdir. Rəvayət edilir ki, bir dəfə Peyğəmbər Hüseyni göstərib demişdir: “Kim Cənnətdəki cavanların ən hörmətlisini görmək istəyirsə, buna baxsın.” (Səhih ibn Hibban, 237).
Peyğəmbər - sallallahu aleyhi və səlləm - demişdir: “Həsən və Hüseyn Cənnətdəki cavanların ən hörmətlisi olacaqlar. Ataları Əli isə onlardan da xeyirlidir”. ( Müstədrək əl-Hakim, 3/167).

Kərbəla faciəsinin təfərrüatları

    04.11.2014

Kərbəlaya çatanda Hüseyn geri qayıtmaq fikrinə düşdü. İlk göndərilən dəstənin qalan hissəsi gəlib çatdı. Onların sayı dörd min idi. Qoşuna rəhbərliyi Ömər ibn Səd edirdi. Kərbəla adlı yerə çatanda Hüseyn dedi: "Bura haradır?"
Dedilər: "Kərbəla".
Hüseyn dedi: "(Kərb və bələ) kədər və bəla".
Ömər ibn Sədin qoşunu gəlib çatanda o, Hüseynlə danışdı və onunla bərabər İraqa, Ubeydullah ibn Ziyadın yanına getməsini tələb etdi. Lakin Hüseyn bu təklifdən imtina etdi. Hüseyn işin ciddi olduğunu gördükdə Ömər ibn Sədə dedi: “Mən sənə üç təklifdən birini seçməyi təklif edirəm".

Pages