Hicablı qadın kapron corab geyinə bilərmi və digər suallar

    27.08.2016
Sual: 
Salam1.Hicablı qadın yayda ayağına kapron corab geyinə bilər?Mütləq rəngi qara olmalıdır?2Körpə uşağın çarpayısının altına yumurta qoyurlar.Bu nə qədər düzdü?3Hacı piyvəsini içmək olar?4Hallalıq üçün şirniyyata azca duz vururlar.Bu düzgündü?5Əsil sevgi var?Yoxsa əsil sevgi ancaq Allaha olmalıdır?6Kiməsə bağlanmaq düzgündü?7Kişilər halalı olmayan qadınla danışa bilməz.Bəs peyğəmbərimiz yəhudi qadın xəstə olanda onu ziyarət etmişdi.Bu günah sayılmır?8Oruclu insanın yanında xörək yemək olar?9Oruclu insanın yanında siqatet çəkmək olar?10Mən qızam.Amma nə mənini,məzini və vadini görünüşcə ayıra bilmirəm.Bu da məndə çaşqınlıq yaradır?Görünüş və hansı əlamətə görə onları ayırmaq olar?Çox sağ olun.
Cavab: 

Və aleykum salam

  1. Qadın şəffaf olmamaq şərtilə istənilən rəngdə kapron corab geyinə bilər
  2. Uşağın çarpayısının altına yumurta qoymaq xurafatdır və dinlə heç bir əlaqəsi yoxdur
  3. Tərkibində spirt olmayan pivəni içmək olar
  4. Şirniyyata duz vurmasanız da, onu yemək halaldır
  5. Allahı, onun peyğəmbərini (sallallahu aleyhi və səlləm) və sizə yaxın insanları sevmək lazımdır
  6. Haram şeylər etməmək, Allahı zikr etməyi unutmamaq, eşq xəstəliyinə tutulmamaq şərtilə kimisə sevmək günah deyil
  7. Zərurət hallarında naməhrəm kişinin qadınla danışmasına icazə verilir. Məsələn, vacib bir məlumat vermək, mağazada başqa satıcı olmadıqda nəsə almaq, yaxın qonşuya zərurət halında kömək etmək və s. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) də bu cür zərurət halında danışmışdı
  8. Oruclu insanın yanında yemək günah deyil, amma başqa yerdə yesəniz daha yaxşıdır
  9. Siqarət çəkmək haramdır. Daha ətraflı: Siqaret çəkmək olarmı?
  10. Bu cavabı oxuyun: Namaza başlayanın qüslla bağlı sualları
Paylaş: