Namaza başlamaq istəyirəm, amma qüslla bağlı suallarım var...
Aleykum salam. Allahın sizi bu gözəl əmələ müvəffəq etdiyi üçün sizi təbrik edirik və Rəbbimizə dua edirik ki, Onunla görüşənə qədər sizə və bizə öz dini üzərində sabit qalmağı nəsib etsin!
Qüsl yalnız şəhvətlə boşalma nəticəsində maye axdıqda alınır. Bu maye "məni" adlanır. Sizdə isə çox güman ki, məzi və ya vadi axmışdır. Bunların hər birində namaz üçün dəstəmaz almaq kifayət edir.
Məzi - Kişi və qadınlarda şəhvət hissi başlayarkən ifraz olunan yapışqan, duru mayedir. Əli ibn Əbu Talib (Allah ondan razı olsun) demişdir ki, məndən çoxlu məzi ifraz olunurdu. Amma mən Fatiməyə görə bu haqda peyğəmbərdən soruşmağa utanırdım. Ona görə bu haqda soruşmağı Miqdad ibn əl-Əsvadə tapşırdım. O da peyğəmbərdən bu haqda soruşub belə cavab aldı: "Həmin adam cinsiyyət orqanını yusun, sonra dəstəmaz alsın". (Səhih əl-Buxari, 1/230/ 132; Muslim, 1/ 247/ 303).
Vadi isə sidikdən sonra ifraz olunan ağ və qatı mayedir. ("Fiqhus-Sunnə" kitabı: 1/24).
Abdullah ibn Abbas (Allah ondan razı olsun) demişdir: "Məni (sperma), məzi və vadinin hökmü belədir: Məni ifraz olunduqda qüsl alınır. Məzi və vadi ifraz olunduqda isə cinsiyyət orqanını yu və namaz üçün aldığın dəstəmazı al!" (Əbu Davud, 190; əl-Beyhaqi, 1/115). Daha ətraflı:
Dəstəmazı pozan amillər hansılardır?
Qüsl necə alınır və onu pozan amillər hansılardır?
Namazın qılınma qaydası - VİDEO