Dəstəmazın və orucun pozulmasına aid suallar

    10.10.2016
Kimdən: 
muslim
Sual: 
Esselamu aleykum. 1.bizde hamam ve tualet ikiside bir yerdedi.ele olur ki hamama girmek mecburiyetinde qaliram.bu halda destemaz pozulurmu.eger ifrazat cixislarindan bir sey cixmasa adice tualete girib cixmaq destemazi pozurmu? 2.oruclu bir insan sacini ve ya dirnagini yeyerse orucu pozular? 3.mubah,musteheb,mekruh nedir?mekruh emeli etmeye gore gunah yazilir? 4.subh ve umumiyyetle 2 reketli qilinan namazlarda 2 rukete basdiyanda elleri qaldirmaq lazimdir?sesli namazi sessiz ve ya eksine qilanin hokmu nedi?sehv sevdesi nece edilir? 5.islama yeni gelenler ucun ve ya elmini artirmaq ucun hansi kitablari oxumagi meslehet gorursuz?(adiyla konkret) 6.muselman olmayanin qiybetini etmek?
Cavab: 

Və aleykum Salam.
1. Tualetə sadəcə girib çıxmaq dəstəmazı pozmur. Daha ətraflı: Dəstəmazı pozan amillər
2. Əgər hər hansı bir şeyi udmursa, həmin adamın orucu pozulmur, amma zərərli vərdişlərdən çəkinmək lazımdır. Daha ətraflı: Orucu pozan amillər hansılardır?
3. Bu cavabı oxuyun: Bəzi islam terminlərinin qısa izahı
4. İkinci rükətə başlayanda əlləri qaldırmağa ehtiyac yoxdur. Əli ibn Əbu Talib (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (Allahın ona və ailəsinə salavatı və salamı olsun) namaz üçün təkbir gətirdikdə əllərini çiyin səviyyəsinə qədər qaldırardı. Ruku etmək istədikdə, başını rukudan qaldırdıqda və iki rükətdən sonra ayağa qalxdıqda (birinci təşəhhüddə) eyni şeyi edərdi. (əl-Buxari "Raf'ul-Yədeyn" 8; İmam Əhməd, 717). Səssiz namazı səsli və səsli namazı səssiz bilmədən səhv qılmaq namazı batil etmir. Həmçinin oxuyun: Səhv səcdəsi necə yerinə yetirilir?
5. Tövhid mövzusunda kitabları oxuyun, həmçinin şirk və bidət nə olduğunu öyrənərək onlardan çəkinin
6. Qeybət etmək böyük günahdır və ondan çəkinmək lazımdır. Daha ətraflı: Qeybət etmək haqqında 

Teqlər: 
Paylaş: