Təmiz olmayanda Sübh namazını qılmayıb sonra qılmaq olar?

    29.10.2016
Kimdən: 
xalide
Sual: 
Salam size bir defede yazmisdim hicab haqinda artig yuxudada gorurem ki hicaba kecmisem.ama kecmey isdiyirem imkan yoxdu o mene gunah sayilirmi. Birde seher namazini qilmiyib sonra qezasini qilsag olarmi temiz olmuyanda qilmag olarmi
Cavab: 
Və aleykum Salam. Təmiz olmayanda və qüsl almaq mümkün olmadıqda, heç olmasa natəmiz yerləri su ilə, bu mümkün olmasa yaş əski ilə təmizləyib təyəmmüm almaq və namazı vaxtında qılmaq lazımdır. Çünki, namazı bilərəkdən qəza etmək böyük günahdır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Kim namaza yatıb qalarsa və ya (namaz qılmağı) unudarsa, yadına düşən kimi qılsın! Bunun kəffarəsi yalnız budur". (Muslim, 1103). Həmçinin, Sübh namazı haqda Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Kim Sübh namazını qılarsa Allahın himayəsi altında olar. Odur ki, Allahın haqlarını yerinə yetirməkdə sizdən gözlənilənləri yerinə yetirin. Çünki kim bu cür etməzsə, Allah onu yaxalayıb üzü üstə Cəhənnəm atəşinə atar". (Muslim, 657; ət-Tirmizi, 222; Əhməd, 18803).
Həmçinin oxuyun: Hansı hallarda təyəmmüm etmək olar və onu pozan şərtlər hansılardır?
Hicaba keçmək isə Allahın əmridir. Gecikmədən Allahın əmrlərini yerinə yetirmək lazımdır, bunun üçün yuxu görməyi gözləmək lazım deyil. Əgər imkan yoxdursa özünüzdə olan örtülü paltarlardan geyinib başınızı örtə bilərsiniz və ya hicablı rəfiqələrinizdən müvəqqəti paltar ala bilərsiniz. "Bir dəfə bir qadın peyğəmbərə (Allahın ona salavatı və salamı olsun) deyir: Ey Allahın elçisi, əgər birimizin geyinməyə cilbabı (üst paltarı) olmazsa bayram namazına gəlməyə bilərmi? Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: "Qoy rəfiqəsi ona cilbab (üst paltarı) versin, onlar da bu xeyirli işə və möminlərin dualarına qoşulsunlar". (Səhih əl-Buxari).
Paylaş: