Qız uşağı da cənabət qüslu almalıdır?
Sual:
Salam.1)Cənabət qüslunu qız xeylaqlarıda ,alır yoxsa ancaq qadınlar?2)Namaz əsnasında axıntı olarsa namaz batil olurmu?
Cavab:
Və aleykum Salam.
1. Həddi-buluğa çatmış qızda yuxuda və ya ayıq vaxtı boşalma baş versə, cənabət qüslu almalıdır.
2. Namaz əsnasında axıntı olarsa, o namaz batil olur və yenidən təmizlənib, dəstəmaz alıb o namazı qılmaq lazımdır. Ümumiyyətlə dəstəmazı nə pozursa, o hal namazı da pozur. Əgər axıntı daimidirsə, onda üzrlü sayılırsınız, bu halda namazdan əvvəl dəstəmaz alırsınız, axıntıya fikir verməyərək namazı qılırsınız. Daha ətraflı: Dəstəmazı pozan amillər