Namazı tərk edib yenidən başladıqda qəzalar qılınırmı?
Sual:
salam. men 7ay idi Namaz qilirdim son bir heftedi qila bilmire. biraz sexsi heyatimda problemler var., yaxsi deilem. inwALllax heftenin evvelinnen qilacam yene. belkede imanin zeiflemesinden ireli gelir bilmirem. atmaqda istemirem Namazi ama bele alinir, gunahdi herhalda qezaya sayilir o qilmadigim gunler duzdu?
Cavab:
Və aleykum Salam. Müəyyən problemi bəhanə gətirərək namazı bilə-bilə tərk etmək böyük günahlardan sayılır və kəffarəsi də yoxdur. Ona görə də, həmin namazların qəzası qılınmır, əvəzində tövbə edərək dərhal namaza başlamaq və çoxlu xeyir (valideynlərə yaxşılıq, ehtiyacı olanlara kömək etmək, sədəqə vermək və s.) əməllər etmək lazımdır. Həmçinin, oxuyun: Namazı qəsdən qəza etməyin günahı nədir?