Qəzəbli halda özünə edilən bəd dua qəbul edilirmi?

    29.11.2016
Sual: 
Salam.esebi olarken ozune qargis edereken qebul olunurmu?vesvese etmemekcun ne etmek lazimdi?coxsagolunn
Cavab: 

Va aleykum salam. 

1. Hətta qəzəbli halda olsa belə özünüzə bəd dua etməyiniz böyük bir xətadır. Xətanız üçün tövbə edərək Uca Allahdan bağışlanma diləyin. Daha ətraflı:
Özümə bəd dua etmişəm, nə edim ki, qəbul olmasın?
Tövbə etsəm, Allah məni bağışlayarmı? 

2. Uca Allah buyurur: "Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Çünki O, Eşidəndir, Biləndir". (Fussilət, 36). Yəni, "əuzu billəhi minəş-şeytanir-racim" de.
Şeytanın vəsvəsələrindən necə xilas olmaq olar?
Vəsvəsədən necə qorunmaq olar?

Teqlər: 
Paylaş: