Ailəm namaz qılmağıma razı deyil deyə namazı tərk etmək olar?
Sual:
Salam men 3 aydı namaz qılıram amma çox problem çıxardıram
təmizlik baxımdan mənim ailəm ətrafımdakı hər kəs deyirki saxla məndə günah olduğuna görə saxlamaq istəmirəm amma keçən dəfə bir hadisə oldu və mən ondan sonra qaldığım evde heç cürə təmiz olduğuma inana bilmirəm (murdar qan axmışdı zibildən məndə onda fikir vermədim sildim getdi sonradan ağlıma gəldi ki bu təmiz deyil o hər yerə yayılıb evde ayaqqabının altile ayaqla falan təmiz sildiyime de emin deyiləm) ona göre de o günden ayağımın yere dəydiyikde mənə murdar gelir ona göre deli oluram buda problem yaradır mən beləcə hər şeyə fikir verirəm ailəmdə artıq heç razı deyil namaz qilmağıma ailem razı deyil deyə namaz qılmaq düzgün?
Cavab:
Və aleykum Salam. Bu sizdə yaranan vəsvəsə ilə bağlıdır. Vəsvəsələrin müalicəsi onlara əhəmiyyət verməməkdir. Əhəmiyyət versəniz vəsvəsələr xəstəlik halına keçib sizi bezdirəcək. O qan isə artıq quruyub və quru şeydən də nəcis keçmir. Gözünüzlə görmürsünüzsə, artıq bu şübhələr əsassızdır. Həmçinin, namazı ailənin narazılığına görə tərk etmək olmaz. Şeytanın istədiyi də elə budur ki, siz nəyisə səbəb gətirərək namazı tərk edəsiniz. Daha ətraflı:
Nəcasətdən təmizlənmək vəsvəsə halına gəlib, mən nə edim?
Valideynlərim namaz qılmağa qoymur, nə edim?