Şəhvət zamanı qadında baş verən nəmlik murdar sayılırmı?
Sual:
salam aleykum iki sualim var.artix derecede xaiş edirem komek edin.
1) Bartolin(Bartoli) kistası uşaqlıq yolu girişinin hər iki tərəfində sağ və sol tərəfində yerləşən vəzilərdir. İfraz etdikləri bakteriyaların əsas funksiyası cinsi əlaqə əsnasında sürüşkənliyin təmin edilməsidir. Kistanın içində ifraz edilən sürüşkən və şəffaf maye cinsi xəbərdarlığı etməklə yanaşı vəzin kanalından keçərək uşaqlıq yolu girişinə boşalır.Bu maye mezidi?meni?ve ya hec biri?Bu maye necaset sayilir yoxsa temiz?
2)Ayaqyolunda yungul iwden sonra istibra ederken su unitazin icindeki sidikle suya duwerken sicrayirmiw kimi hiss edirem.Bawqa curde ede bilmirem hereket etsem sidik damcisi paltara bulawacax
Cavab:
Və aleykum Salam.
1. Cinsi münasibət zamanı sürüşkənliyin əmələ gəlməsi üçün ifraz olunan mayenin adı məzidir və murdar sayılır. Həmçinin oxuyun:
2. Ayaqyolunda baş verən sıçramadan mümkün qədər çəkinmək lazımdır, lakin elə hallar olur ki, dəriyə dəyən heç bir sıçrama olmadığı halda insana elə gəlir ki, sanki harasa damcı sıçradı. Həqiqətdə isə həmin yerə heç nə dəyməmişdir. Ona görə dərinə getməyərək bunu yoxlamaq lazım deyil, çünki bu vəsvəsədir. Vəsvəsəyə isə əhəmiyyət verməyin. Daha ətraflı: Sidik damcıları dəstəmazı batil edirmi?