"Allah mülkə şərikdir" sözünü işlətmək olarmı?

    20.01.2017
Sual: 
Salam!Verilən suallara cox aydın şəkildə cavab verdiyinizə görə hər birinizə öz təşəkkürümü bildirirəm.ALLAH sizdən razi olsun.SUAL 1 (SƏNDƏN HƏRƏKƏT MƏNDƏN BƏRƏKƏT)kəlamının QURAN ayəsi və ya Peygəmbər hədisləri ilə bir əlaqəsi varmı? Başqa sözlə desək QURANda yaxud Peygəmbər hədislərində belə bir kəlam varmı? SUAL2 hərdən insanların işlətdiyi belə bir kəlam(ALLAH MÜLKLƏ ŞƏRİKDİ)neçə? Belə demək şirkdirmi? SUAL3 Müasir zamanda ailəsini kasıbcılıqla dolandıran: ibadətlə məşgul olan bir kişi bu kasıbçılıga görə günaha batırmı? COX SAG OLUN!!!!
Cavab: 
Və aleykum Salam.
  1. Bu cavabı oxuyun: Allahın adından "Səndən hərəkət, Məndən bərəkət" ifadəsini demək doğrudurmu? 
  2. "Allah mülkə şərikdir" ifadəsini işlətmək düzgün deyil, çünki Uca Allah buyurur: "Göylərin və yerin mülkü Ona məxsusdur. O, Özünə oğul götür­mə­mişdir və mülkündə şəriki də yoxdur." (əl-Furqan, 2). "De: "Ey mülkün sahibi Allahım! Sən istədiyin kəsə mülkü verir­ və istədiyindən də onu geri alırsan; istədiyin kimsəni yüksəldir və istədiyini də alçaldırsan”. (Ali İmran, 26). Allah Rəslu (salləllahu aleyhi və səlləm) demişdir: "Allahdan başqa ibadətə layiq məbud yoxdur, O tək­dir, Onun şəri­ki yoxdur. Mülk Onundur və həmd Onadır! O hər şeyə Qadirdir!" (əl-Buxari, 4/95; Muslim, 4/2071). 
  3. Əlindən gələni edən, lakin bununla belə kasıb dolanan ailə başçısı günah qazanmır, lakin qəsdən işləməyən, ibadəti bəhanə edərək bütün gününü evdə və ya məsciddə keçirən ailə başçısı ailə üzvlərinin haqqına girdiyi üçün günah qazanır. Allah Rəsulu (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Hər biriniz çobansınız və öz rəiyyəti altında olanlara görə məsuliyyət daşıyırsınız. Kişi öz ailəsinin (ailə fərdlərinin) çobanıdır (himayəçisidir) və himayəsi altında olanlardan məsuldur. Qadın öz ərinin evində himayəçidir və ailəsinə görə məsuldur. Qulluqçu öz ağasının mal dövlətinə baxımından himayəçidir və buna görə məsuliyyət daşıyır. Hər biriniz çobansınız və himayəsi altında olanlara görə məsulsunuz". (əl-Buxari, 2554; Muslim, 1829). Daha ətraflı: Evdə oturub "iş yoxdur" deyən qardaşlara nə məsləhət görərdiniz?
Paylaş: