Dezodorant vurmağın namaza zərəri varmı?

    29.01.2017
Sual: 
1)Rexona vurmaq namaza manedirmi?2)güsl alarken birinci dəfə buruna su yaxşı getməsə,ikinci dəfəsində yaxşı getsə onda güsl düzdürmü?3)Güsl alanda bədənin sağ və sol tərəfini 3dəfə yumaqla birlikdə ovmaq lazımdır deyirlər.əgər mən ilk dəfəsində töküb ovsam,qalan iki dəfəsində sadəcə suyu axıtsam onda güsl düzdürmü?yoxsa hər dəfə ovmalıyam bədəni
Cavab: 
Salam aleykum.
1. Hər hansı bir dezodorant və ya ətir vurmağın namaza ziyanı yoxdur, əksinə, namazdan əvvəl ətirlənmək namazın ədəblərindəndir.
Daha ətraflı: Dəstəmazı və namazı batil edən hallar 
2. Qüsl alarkən əsas şərt buruna ən azı bir dəfə su çatdırmaqdır. Ona görə buruna birinci dəfə yaxşı getməsə də, ikinci dəfə buruna su yaxşı gedirsə, bu qüsl düzgün sayılır.
Daha ətraflı: Qüsl necə alınır və onu pozan amillər hansılardır?
3. Qüsl almaqda məqsəd bədənin hər tərəfinə su çatdırmaqdır. Ona görə bir dəfə su töküb sürtmək kifayət edir.
Paylaş: