Yatmazdan qabaq dəstəmaz almaq barəsində

    31.01.2017
Kimdən: 
Senan
Sual: 
Salam.Yatarkən dəstəmaz almaq barəsinde melumat verersiz zehmet olmasa
Cavab: 
Və aleykum Salam. Səhih hədislərdə xəbər verilmişdir ki, yatmazdan əvvəl dəstəmaz almaq bəyənilən əməllərdəndir. Bəra ibn Azib (radıyəllahu anhu) rəvayət edir ki, Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) belə demişdir: "Yatağına gəldikdə, namaz üçün dəstəmaz aldığın kimi dəstəmaz al və sağ tərəfin üstə uzanıb de: "Allahummə əsləmtu nəfsi ileykə, va vaccəhtu vachi ileykə, va fəvvadtu əmri ileykə, va əlcə'tu zahri ileykə, rağbətən va rahbətən ileykə, lə məlcəə va lə məncə minkə illə ileykə, Allahummə əməntu bi-Kitəbikə-lləzi ənzəltə va bi nəbiyyikəl-ləzi ərsəltə - Allahım! Nəfsimi Sənə təslim etdim. İşimi Sənə həvalə etdim. Üzümü Sənə çevirdim. Sənə ümid edərək və Səndən qorxaraq Sənə kürəyimi çevirərək Sənə arxalandım. Sənə pənah gətirmək və Səndən çəkinmək ancaq Sənə üz çevirməkdədir. Endirdiyin Kitaba və göndərdiyin Peyğəmbərə (salləllahu aleyhi və səlləm) iman gətirdim". Əgər sən həmin gecə ölərsənsə, fitrət üzrə (müsəlman kimi) (ölmüş) olarsan. Onlar (qoy bu dua günün sonunda) söylədiyin son sözlərin olsun". Bəra ibn Azib (Allah ondan razı olsun) dedi: Mən həmin sözləri (duanı) Peyğəmbər (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) üçün təkrar etdim: "Allahummə əməntu bi-kitəbikəl-ləzi ənzəltə …! yerinə gəldikdə, "va bi-Nəbiyyikə-lləzi ərsəltə" əvəzinə "bi-Rasulikə …" dedim. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun): "Yox, "va bi-Nəbiyyikəl-ləzi ərsəltə" de" buyurdu. Mənası: "Allahım! Özümü sənə təslim etdim, işimi sənə tapşırdım, Sənə həm rəğbət edərək, həm də Səndən qorxaraq kürəyimi Sənə dayadım. Səndən (qaçıb) sığınılacaq yer və Səndən (başqa) nicat tapılacaq yer yalnızca Sənsən. Allahım! Nazil etdiyin Kitabına və göndərdiyin Nəbinə inandım". (əl-Buxari, 6311).
Başqa bir hədisdə Allah Rəsulu (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Allahı zikr edərək dəstəmazlı yatan, gecə oyanıb Uca Allahdan dünya və Axirəti üçün xeyir diləyən elə bir müsəlman yoxdur ki, Allah ona istədiyini verməsin". (Əbu Dəvud, 5042).
Digər bir hədisdə isə Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurmuşdur ki: "Dəstəmazlı yatana, o gecə bir mələk sabaha qədər "Ya Rəbbi, bu qulunu əfv et!" deyə dua edər". (İbn Hibban: "Səhih", №: 1051; ət-Tabərani: "əl-Mu'cəmul-Kəbir", 13620; Abdullah ibn əl-Mubərak: "əz-Zuhd", 64). Həmçinin oxuyun:
Teqlər: 
Paylaş: