Fatihə surəsi namazın hər rükətində deyilməlidirmi?
Sual:
Salam . Men sizin saytda gordum . Ki namazn her ruketnde fatihe suresi deyilmelidir. Amma men birinci ruketde ve ikinci ruketde fatihe ve ixlasi deyirem
qunut tuturam.. sora o biri iki reketlerin iksindede tesbihati erbeni deyirem! Men burda sehv edirem ?men bele oyrenmsem 1ay olar bele qilram!
indi men nece edmeliyem tesbihati erbeni demeneliyem????. Xaiw edrem meni dogru yola yoneldesiz... coxx saqolun.
Cavab:
Və aleykum Salam. Ən doğru yol və namaz Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) yolu və onun qıldığı kimi qılınan namazdır. Uca Allah buyurur: "(Ya Rəsulum!) De: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!" (Ali-İmran, 31). Ona görə də namazı Peyğəmbərimizin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) və onun səhabələrinin (Allah onlardan razı olsun) qıldığı şəkildə qılmaq lazımdır. Çünki, ibadətin qəbul olunmasının şərtlərindən biri də onu Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) etdiyi kimi etməkdir. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) demişdir: "Mənim necə namaz qıldığımı görürsünüzsə, siz də elə namaz qılın". (əl-Buxari, 631).
Namazın səhih hədislərə əsasən qılınma qaydasını saytımızdakı NAMAZ səhifəsindəki videoya baxıb öyrənə bilərsiniz. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) namazın hər bir rükətində Fatihəni oxumuş, həmçinin "təsbihətul-ərbəə" deyilən duanı oxumamış, zəruri hallar və ehtiyac olmadıqca namazlarda qunut tutmamış və başqalarına da bunları əmr etməmişdir. Bu haqda səhih mənbələrdə də heç bir məlumat yoxdur. Həmçinin oxuyun: Fatihə surəsinin əvəzinə 3-cü və 4-cü rükətlərdə "Təsbihətil-Ərbbəə" demək olar?