Namaz qılmayan oğlanla ailə qura bilərəmmi?

    11.03.2017
Kimdən: 
Gunel
Sual: 
Salam Aleykum.Size bir sualim olacag cavablandirarsaniz sevinerem.Qarsima cixan bir nece insanla hemiwe bir anlasilmazlig yaxud beyenmemek olur.Yaxwi insanlarda cixib gozel xasiyyetli ama ureyimce olmur.Elbetki Allah bizleri sinayir.Menim dunyam ve Axiretim ucun xeyirli biri ile aile heyati qurmag ucun hansi aye ve duani oxumaliyam ? Ve Namaz qilmayan oglanla aile qura bilerem ? Indiden Allah razi olsun
Cavab: 
Və aleykum Salam. Namaz qılmayan müsəlmanla da ailə qurmaq olar, lakin namaz qılmayan insanlar arasında da fərq var. Elə namaz qılmayanlar var ki, ağırlığına fikir vermədən hər günahı edir. İçki içir, məsuliyyətli insan olmur və digər pis vərdişlərə sahibdir. Belə insanla ailə qurmaq sizin imanınıza və gələcək ailə münasibətlərinə pis təsir edə bilər. Namaz qılan və əxlaqı gözəl olan müsəlmanla ailə qurmaq daha yaxşıdır. Siz Uca Allahdan ən xeyirlisini istəyin. Həmçinin, ailə həyatı qurmaq üçün istədiyiniz duanı edə bilər və istixarə namazı qılaraq Allahdan yaxşı həyat yoldaşı seçməkdə sizə kömək etməyi istəyə bilərsiniz. Daha ətraflı:
Namaz qılmayanla evlənmək barədə
Teqlər: 
Paylaş: