Qatarda gedərkən uzanaraq namaz qılmaq olarmı?

    19.03.2017
Kimdən: 
ismayıl
Sual: 
Salam aleykum!ALLAHA HƏMD OLSUN.Bu saytdan cox razıyam*ALLAH SİZDƏN RAZI OLSUN*Sual1 qatarla gedərkən tualetdə dəstamaz alıb özyatacaq yerimə uzanıb [qiblənin istiqamətini belə müəyyən edə bilməsəm/ namaz qıla bilərəmmı?SUAL2 iki müxtəlif tərkibli /artizan və bulaq\ suyu bir birinə qarışmış halda olarsa belə su ilə dəstamaz almaq olarmi? yaxud iki müxtəlif qabdan istifadəetməklə dəstamaz almaq olarmı?SUAL3 Dəstamaz aldiqdan sonra yagış suyu isladarsa bu dəstamaza təsir etmirki?
Cavab: 
Və aleykum Salam.
  1. Ümumən, miniyi saxlayaraq düşüb namaz qılmaq mümkün deyilsə, oturaraq üzü qibləyə yönəlmədən namaz qılmaq icazəlidir. Oturmaq mümkün deyilsə, uzanaraq da namazı qılmaq olar. Həmçnin oxuyun: Minikdə olarkən namaz necə qılınır?
  2. Bir neçə mənbədən gələrək bir-birinə qarışmış su ilə dəstəmaz almaq olar. Burada əsas məsələ, suyun tərkibinə digər şeylərin qatışmamasıdır - məsələn, müxtəlif şirələr, çay, kofe və s. Həmçinin oxuyun: İslam fiqhi: Sular
  3. Bir neçə qabdan istifadə edərək dəstəmaz almaq olar. Həmçinin oxuyun: İslam fiqhi: Qablar
  4. Yağış suyunun islatması dəstəmazı pozmur. Həmçinin oxuyun: Dəstəmazı pozan amillər
Teqlər: 
Paylaş: